Leyli və Qeys

Leyli və Qeys

Vahid Məmmədli özünün "Leyli və Məcnun" romanı ilə modern yeniliklərə tabe olan dünyanın önünə Eşq təlimi ilə çıxıb. Əsəri oxuyarkən şüurumuzda, şüuraltımızda irfani dəyərlər və anlayışlarla bağlı sakral bir qat açılır. Deyilənlərdən başqa bir də deyilməyən, görülənlərdən başqa görülməyən nəsnələr yaddaşımızda geriyə doğru uzun məsafələr qət edir. Yığılmış bədii təcrübə və təhtəlşüurun arxetipləri bərabərləşib yeni modelin sxemini müəyyənləşdirmiş olurlar. Vahid Məmmədlinin "Leyli və Məcnun" əsəri bu mənada, yeninin modelini sərgiləyir…( Elnarə Akimova)

Жанры: Остросюжетные любовные романы, Любовное фэнтези, Исторические любовные романы
Цикл: Не является частью цикла
Год публикации: 2024

Читать онлайн Leyli və Qeys



Hər şey çox gözəldi, ta ki vəzir Valid ibn Tarifinin Şəmsi saraya gətirdiyi günə kimi…

…Bərdənin ən gözəl vaxtları, yaz çağıydı. Hökmdar bihuşedici ətirləri ətrafa yayılan rəngarəng qızılgülləri, tərtəmiz mavi səmanı pəncərədən seyr edir, bülbüllərin cəh-cəhini dinləyirdi. Cənnəti bu dünyada qazandığından əmin olan ibn Məhan: “Mən güclüyəm… Mən hakimi-mütləqəm… Bu cənnət bağındakı güllərdən daha gözəl olan hurilər hər gün Allahın mənə yeni mükafatıdır…” – deyə Tanrının seçilmiş bəndəsi olduğu üçün kim bilir neçənci dəfə qürrələnirdi. Gəncliyini eyş-işrətdən başqa bir şeyə sərf etməyi fürsəti fövtə vermək ağılsızlığı hesab edirdi. Tək istəyi bu cənnət bağında elə bu minvalla da ömür sürməkdi. “Onsuz da Arrandan Şirvana kimi təbəələrim quzu kimi sakit, itaətkardır. Hər şey necə də gözəl vaqe olur, ilahi!… Valid ibn Tarifi kimi bir vəzirimin olması da taleyin lütfüdür, xalqı ovcunun içində sıxıb saxlayır. Vəzirim güclüdür, öz hökmdarını düşünür, taxt-tacımı qoruyur…” – ibn Məhan arabir qurtumladığı şərabdan daha çox öz düşüncələrindən məst olurdu.

Üzünü yana çevirəndə qarşısında at belində bir huri-mələk canlandı, gözlərinə inanmadı. İndiyə kimi əlindən yüzlərlə kəniz keçirmiş ibn Məhan gördüyü bu gözəlliyi xəyal belə edə bilməzdi. Beyni dumanlı olduğundan gözlərini yumub yenidən açdı. Yox, bu, xəyal deyildi! At aramla addımladıqca üstündəki məxluqun hər əzası sanki ayrı-ayrılıqda hərəkət edir, qızın bədəninin hər tərəfi ona fərqli cənnət meyvələrini xatırladırdı. İbn Məhan şəhvətindən az qalırdı, elə indicə irəli atılıb qızı atın belindən güllərin üstünə endirib…

Özünü ələ ala bilməyəcəyini görüb, qulluğundakı Xacə Məluma bağırdı. Xacə bir göz qırpımında onun qarşısına keçib təzim elədi:

– Buyurun, hökmdar!

İbn Məhan ötüb-keçən atlıya başı ilə işarə edib soruşdu:

– Mən xəyalmı görürdüm?

Xacə Məlum gözünü hökmdarın ayaqları altındakı Şirvan xalısından çəkmədən dilləndi:

– Xeyr, hökmdar, xəyal görmürdünüz. At belindəki Valid ibn Tarifinin yeni kənizidir, – deyə çətinliklə udqundu. Vəzirin yeni kənizinin gözəlliyi Xacə Məluma xədimliyini unutdurmuşdu.

– Vəziri çağırın! – hökmdar qəzəblə əmr elədi.

Ömrü boyu həyəcanlanmamışdı. Yeniyetməliyində dağların arasındakı kəndlərindən at belində enib, çay boyunca ələ keçirdiyi qoyun-quzunu qabağına qatar, yenidən dağlara çəkilərdi. Bir tükü də tərpənməz, üzünün ifadəsi dəyişməz qalardı. Bir adam bilməzdi ki, bu anda vəzir nə düşünür. Bu, Tarifinin ən böyük silahı idi, vəzirliyə də bunun sayəsində gəlib çatmışdı.

İbn Məhanın sarayına tərəf gedəndə sifəti heç bir şey ifadə etməsə də, içində bic-bic güldü: “Şəms sənindir, hökmdar! – Sonra bir ah çəkdi. Bu ahı da kimsə duya bilməzdi. – Məni ağılsızmı sanırsan, hökmdar? Al, bu huri sənin olsun, bir neçə ay ağlını başından alsın. Mən də öz hurim Müsəffa ilə kef edəcəm. Onu görsən, boynumu həmin an vurdurarsan. Şəms səni belə dəli edibsə, Müsəffanı görsən, neylərsən? Vermərəm!…” Saraya girənə qədər yol boyu öz-özü ilə danışdı. Hökmdara təzim edib, əbasının ətəyindən dönə-dönə öpdü.

– Hökmdar, bizimkilər bu gün bir kəniz göndəriblər. Uzaq qohumumdur. Xacə Məluma tapşırdım ki, axşama hazırlasınlar. Uyğun görərsinizsə, məmnun olaram. Şəms sizə layiqdir…

İbn Məhan qımışdı: “Sizinkilərin cinsi bir başqadır. Sanki onları doğmurlar, yaradırlar…”

O gecə ibn Məhan cənnətin ən son qatına çatdığına inandı. Uzun illərdən sonra ilk dəfə idi özünü bu qədər arzuolunan hiss edirdi. Gündəlik vərdişə çevrilən xəlvətlərdən usanmış ibn Məhan üçün Şəms onu birdən-birə on səkkiz yaşına qaytaran dirilik suyu idi. Hökmdar gecə demədən, gündüz demədən, iş-gücünü boşlayıb günlərini Şəmsin qoynunda keçirir, bu gözəl kənizin yanında zaman anlayışını itirir, taxt-tac gözünə görünmür, dünya bu bircə yataq otağına dolurdu. Kənizinin həm titrək-məsum, həm əmin-ehtiraslı davranışları hər gün yenidən ağlını başından alırdı. Əsl Şəms bunların hansıdır, anlaya bilmir, anlamağa da çalışmırdı. Qarşısında quzu kimi əsən, həmişə əmrinə müntəzir dayanan cariyələrdən usanmış hökmdar özünü məmnuniyyətlə Şəmsin ixtiyarına vermişdi.


Вам будет интересно
Kitabda Vahid Məmmədlinin müxtəlif illərdə yazdığı hekayələrindən bir qismi toplanmışdır."Allah insanlarla yalnız bir dəfə – dünyanı yaradanda danışıb. O səs buludların arasından gəlirmiş. Sözlər də eynən mənim işlətdiyim kimi – bütövlükdə heç kimin, ayrı-ayrılıqda hər kəsin anladığı sözlər…"(Adəmin lüğəti)...
Читать онлайн
Milli kimliyi unutdurmağın ən effektiv üsulu mədəni kimliyi dəyişməkdi. Mədəni kimliyi dəyişməyin ən sınanmış yolu dili dəyişməkdən keçir. Çünki hər bir xalq əvvəlcə öz dilinin övladıdır, sonra öz torpağının. “Şəhrizad” romanının “xalqı” da eyni aqibətlə üzləşir; öz varlığını qorumaq üçün bircə yolu var, milli kimliyini ona təklif olunan mədəni kimliyinə qurban vermək. Aqşin YeniseyVahid Məmmədlinin “Şəhrizad” romanında müxtəlif kulturoloji ənənələrdən yaranan, biri digərini güzgü kimi əks etdir...
Читать онлайн
Vahid Məmmədli özünün "Leyli və Məcnun" romanı ilə modern yeniliklərə tabe olan dünyanın önünə Eşq təlimi ilə çıxıb. Əsəri oxuyarkən şüurumuzda, şüuraltımızda irfani dəyərlər və anlayışlarla bağlı sakral bir qat açılır. Deyilənlərdən başqa bir də deyilməyən, görülənlərdən başqa görülməyən nəsnələr yaddaşımızda geriyə doğru uzun məsafələr qət edir. Yığılmış bədii təcrübə və təhtəlşüurun arxetipləri bərabərləşib yeni modelin sxemini müəyyənləşdirmiş olurlar. Vahid Məmmədlinin "Leyli və Məcnun" əsə...
Читать онлайн
Yazıçı Vahid Məmmədlinin qələminin məhsulu olan, Azərbaycanın, eləcə də bütün Türk dünyası və Şərqin ilk fentezi əsəri, qəhrəmanlıq eposu olan "Atropatena" trilogiyasının birinci kitabı "Albaner" romanında ulu babalarımızın şücaətlərlə zəngin həyatlarından bəhs edilir.Çar oğlu Albaner sehrli tacı Albaniyaya gətirmək üçün dünyanın cənnəti Dilmuna, dünyanın o üzündə yerləşən, məcaralar ölkəsi Sahiraya səyahət edir. Əfsanəvi varlıqlar olan Tanbukanlar…Yol boyu bir birindən maraqlı ölkələrlə, sehr v...
Читать онлайн
Although the events in Adam Noah Lee's novel "Death in Milan" took place in the of ninetieth the last century, they are modern and relevant. The young and handsome Nadir refuses the beautiful and rich life that awaits him and moves to Milan with his girlfriend Monica. For some reason, he cannot forget Pakiza, his childhood sweetheart, just after that… He realizes that it was the lovers who died, and love itself does not die…...
Читать онлайн
Роман «Начать сначала» – первый из трилогии «Повернуть судьбу».Светлана и Ольга – две подруги с трудными судьбами. Но всё плохое когда-то проходит, и они становятся счастливыми. Жизнь Светланы меняется после того, как открывается история её рождения. Ольга, живя со страшной тайной гибели мужа в тайге, через годы узнает насколько мучительной была его смерть.Судьба, соединившая Светлану и Андрея, открывает возможность найти потерянных ещё в годы ВОВ членов большой семьи Морозовых, корни которой ух...
Читать онлайн
Роман «Ангел мой» – второй из трилогии «Повернуть судьбу».Трагическая встреча Тони и Алины изменила их судьбы. Помощь и поддержка друг друга помогала не только пережить трудные времена и преодолеть всё, но и суметь стать счастливыми и сделать счастливыми своих близких.Дмитрий – отец Тони, остался сиротой и не знал ничего о своих предках. Случайная встреча дочери с девушкой в далёком от дома крае, смогла приподнять завесу неизвестности и воссоединиться потомкам большого рода Морозовых....
Читать онлайн
Роман «Твои корни» – третий из трилогии «Повернуть судьбу».Рано осиротев, Ника, будучи ещё совсем девчонкой, смогла не только вырастить и воспитать сестру, но и помогать ей по жизни. Когда Кира с мужем и сыном попали в беду, не испугавшись террористов, она кинулась на их спасение. И там, на маленькой войне встретила свою любовь.Судьба свела две семьи, разные поколения под одной крышей. Услышанная история Ирины Васильевны о мистических событиях в их деревне, взволновали всех, а герои этой истории...
Читать онлайн
Скажу сразу, девушка умная и красивая. На мой мужской вкус я бы поставил ей твердую пятерку. Но на этом, к сожалению, все ее достоинства заканчиваются. Дальше начинаются жесткие психологические игры и мощное стремление к господству, над всем, что имеет материальную ценность.Она специально, руководствуясь не сердцем, а хитростью и другими своими темными намерениями, делает человека королем, а потом сжирает его. Теперь уже сама, так, как ее учили. И, когда заберет всю его энергию, идет дальше. Ище...
Читать онлайн
Художница Ария едет исполнять свою мечту в Сеул, проводить серию мероприятий и выставок как Посол Мира. Не прошло и пары дней, как она попадает в весьма странную ситуацию. Она становится жертвой ограбления, при котором пропадает только один документ, а в ее галерее бесследно пропадают предметы искусства! При этих странных обстоятельствах, сидя в слезах у агентства, она встречает айдола самой популярной группы Южной Кореи. После они постоянно сталкиваются друг с другом на территории всего полуост...
Читать онлайн
ЭддисонПотеряв семью и часть себя, я живу под гнётом невидимой силы, требующей возмездия. Решения, которые я приняла, вызвали цепь событий, изменивших меня как внешне, так и внутренне. Передо мной стоит выбор между местью и правосудием. Стремление заставить оплатить своей кровью одного человека поглотило меня полностью и теперь став агентом ФБР, я наконец-то могу попытаться найти справедливость.ДанисМоя судьба разделилась на два этапа – до и после, и теперь на моих плечах лежит огромная ответств...
Читать онлайн
Поспелова Люба – изгой в своём 10 «А», воспитывается деспотичной матерью с устаревшими взглядами. Она мечтает, чтобы ровесники её признавали и уважали. Но, чтобы обрести желаемое, Любе нужно научиться быть смелее.Классрук 10 «Д» просит Ибрагимова извиниться перед новенькой англичанкой за сорванный урок, иначе школа отгребёт из-за её связей в районо. Повеса слушается, хоть и считает её некомпетентной. Педагог нарушает личные границы юноши. Интригану это только на руку.Люба делится с Сэро домашним...
Читать онлайн
В августе 1991 года на Лубянке демонтировали памятник Феликсу Дзержинскому. Это событие ознаменовало завершение советской эпохи…Суровый человек в шинели в переломное время оказался живее всех живых – по нему был нанесен первый идеологический удар. Имена учинивших расправу над Гулливером лилипутов либо оставили по себе недобрую память, либо ушли в небытие, чего не скажешь о Феликсе Дзержинском! Этот человек оставил глубокий след в истории, выступая в разных качествах: мужественный революционер-ро...
Читать онлайн
Игорь Борисович Чубайс – россиевед, доктор философских наук, автор публикаций о нашей стране, адресованных одновременно и экспертам, и самой широкой читательской аудитории.В своей новой книге Игорь Чубайс подробно разбирает политику Владимира Путина. По мнению автора, несмотря на официальную пропаганду, мы имеем дело не с «вставанием с колен», а с углубляющимся российским системным кризисом. Автор выявляет причины, время и механизм формирования этого кризиса. Он показывает, чем следует заменить ...
Читать онлайн
У Эйсона много планов, но враги так и лезут со всех сторон, мешая ему работать над ними. Знай они, скольких могучих противников он уже поверг и сколько кланов уничтожено им или ослаблено, их энтузиазм поугас бы… Но очень многое приходится скрывать в тени, в особенности все то, что вредит интересам высших демонов. Ну что же, Эйсон привык выживать и побеждать…...
Читать онлайн
Загадочные приключения четырёх девочек подростков, попавших в увлекательную и страшную историю. Действие происходит на Юге России, в маленьком городке. Им предстоит узнать , какие тайны хранит лес и заброшенный лагерь. Предстоит разобраться в себе и помочь близким. Самое интересное, что история основана на реальных событиях. Все герои существуют на самом деле....
Читать онлайн