Səni sevmək üçün gəldim dünyaya. Şeirlər

Səni sevmək üçün gəldim dünyaya. Şeirlər

Kitaba Azərbaycanlı şair-publisist Vahid Çəmənlinin son dövrlərdə yazdığı şeirlər və Rahib Məmmədovun xatirəsinə həsr olunan sənədli hekayə daxil edilmişdir.Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

Жанр: Стихи и поэзия
Цикл: Не является частью цикла
Год публикации: Неизвестен

Читать онлайн Səni sevmək üçün gəldim dünyaya. Şeirlər


© Vahid Çəmənli, 2020


ISBN 978-5-4498-4622-8

Создано в интеллектуальной издательской системе Ridero


Hürİzad Xalamın əzİz xatİrəsinə həsr edİrəm


Mİnnətdarlıq

Ədəbi yaradıcılıq sahəsində həyatımın son dörd ilinin uğurlarına görə dostum, sinif yoldaşım, Çəmənlidə böyük hörmət sahibi olan, Məhərrəm əminin ocağının odqoruyanı Nizami Bayramova minnətdaram. Bu illər ərzində bir birininn ardınca «Bu yay da belə keçdi», «Gözlərimin işığında», «Bir fəqir yolçuyam», «Səni sevmək üçün gəldim dünyaya» adlı şeirlər kitabım işıq üzü gördü. Nizami olmasaydı, bu kitabların heç biri olmazdı. O məni öz kəndimə, öz dostlarıma, öz ruhuma qaytardı. Baxımsız qalıb dağlan evimin acısını çəkməyə qoymadı. Öz evində məni ev sahibi kimi qəbul etdi, ocağının başında oturtdu.

Mən səninlə fəxr edirəm, əziz dostum!

Yolçusuz yolların yolçusu

Mən Vahidi 70-ci illərin sonlarından, tələbə ikən tanıyırdım. Təbinə də bələd idim. Ağrısını, yanğısını da bilirdim. Son illərə kimi özündən, sözündən xəbərsiz idim.

Bu dəfə onu şeirlərindən tanıdım. Artıq şeirləri də özü kimi müdrikləşib. Şeirlərinin saçları da öz saçları kimi ağarıb. Mehribanlığı isə həmənki kimidi.

Vahid Çəmənlinin mənə təqdim etdiyi bu kitabdakı şeirləri onun indiyədək oxuduğum şeirlərindən üslub və yanaşması ilə fərqlənir. Son vaxtlar daha çox qoşmalar yazır. Yaxşı da alınır. Hansı formada yazmağın fərqi yoxdur. Əsas olan özünü lazımca ifadə etməkdir.

Vahidin şeirlərində məni ən çox özünə çəkən onun vətən mövzulu, vətən həsrətli şeirləridir. Bu bəlkə də çəkdiyimiz dərddən, ağrıdan doğur. Həsrətin, ayrılığın, hissin doğmalığından gəlir. İstənilən itki, yoxluq adamı ağrıdır. Yurd, vətən – Qarabağ itkisi isə tam başqadır.

Nə yaxşı ki, Vahidin doğulduğu Çəmənli kəndi işğal altında deyil. Vahid kəndinə gedə bilir. İlk addım atdığı torpağı yenidən addımlayır. O yollar, cığırlar onun uşaqlıq xatirələrini oyadır. Amma Vahid də Çəmənlidən əlini uzatsa çata biləsi Ağdama, Şuşaya, baba yurdu Kəlbəcərə hələ də həsrətlə baxır. Bu baxış Vahidin içini yandırır.


Vahidəm, fəryadım döndü ağıya,

Kim verdi fürsəti acgöz yağıya?

Cənnət məkanımı verib dığaya

Səhrada komalar tikirəm indi.


və ya

Əhvalın necədi, ay tənham, təkim?

Yolçusuz yollarım,

Dağılan səkim.

Sənin həsrətini nə qədər çəkim?

Yağının əlində əsir Ağdamım.

Vahidin bayrağa sevgisi də özünəməxsusdur:

Rəngin üç olsa da, qan rəngindəsən,
Qaçqın, köçkün də sən, didərgin də sən…
Zəfər döyüşündə ürəyimdəsən,
Sənsən cəsarətim, savaşım Bayraq.

Vahid Çəmənlinin şeirlərində səmimiyyət var. Özü necə danışırsa, şeiri də adamla eləcə, səmimiyyətlə, ədəblə danışır. Hətta deyişmələri də…

Əlindən qum kimi süzülüb axdı,

Hesabı qum qədər olan günlərin…

Ağrısı, acısı canını yaxdı,

Vədəsiz açılıb solan günlərin.


Vahidin ruhu oxşayan, sadə dildə yazılmış gözəl şeirləri var.


«Gəlir» şeirində yazır:

…Söyüdlər üstümə sallayıb çətri.

Məst edir nanənin, yarpızın ətri,

Sinəmdə çağlayır nəğmənin sətri,

Ağ vərəq üstünə şirin söz gəlir.


Vahid, içimdədi harayım, hayım…

Yanır, külə dönür məhəbbət payım.

Qayğımı çəkməyə yox əmim, dayım,

Nə Sakit yetişir, nə Çingiz gəlir.


İndiki qarışıq dünyada qayğını çəkməyin çətinliyi başa düşüləndi. Amma inanıram ki, Vahidin şeirlərinin daxili səsini eşidənlər çox olacaq.


Kitabda Vahid Çəmənlinin son illərdə yazdığı şeirlərlə bərabər onun Rahib Məmmədovun xatirəsinə həsr olunmuş “ Unudulmayan qəhrəmanlar» sənədli əsəri də yer alıb.

Ağdamın birinci Qarabağ müharibəsində 6 mindən çox şəhid qəhrəmanlarından da əvvəl qəhrəman olmuş övladlarından biri – 20 yaşlı əsgər Rahib Məmmədovun 1987-ci ildə Rioni çayının daşması nəticəsində ölümlə üzbəüz qalan Gürcüstanın Xobi rayonun Çaladidi kəndinin sakinlərini təkbaşına xilas etməsindən, gürcü xalqının ona olan sevgisindən, Çiladidi və doğulub boya-başa çatdığı Ağdamın Mahrızlı kəndlərindəki məktəblərə Rahib Məmmədovun adının verilməsindən, o dövrdə, SSRİ məkanında bu hadisənin böyük əks-səda doğurmasından yazan müəllif əsərdə qəhrəmanın və qəhrəmanlığın unudulmadığını sənədli formada oxuculara çatdırır.


Вам будет интересно
Kitabda müəllifin son illərdə yazdığı şerlər və lirik lövhələr toplanmışdır. Əsərlər sadə xalq dilində yazılmışdır. Yaş məhdudiyyəti yoxdur....
Читать онлайн
Vahid Çəmənli son bir neçə ay ərzində yazdığı yeni şerlər toplusu ilə yenə də görüşünüzə gəlmişdir. Öz kitabını «Gözlərimin işığında» adlandıran müəllif, hər şerin üstündə gözlərinin nurunu qətrə – qətrə sərf etdiyinə, hər sözə, hər misraya böyük zəhmət sərf etdiyinə işarə edir.Vahid Çəmənli əmindir ki, bu şerlər kitabı oxucular tərəfindən sevinclə qarşılanacaq, sevilə – sevilə oxunacaq....
Читать онлайн
Vahid Valeh oğlu Qasımov, – Vahid Çəmənli – 27 iyun 1956-cı ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur. Vahid Çəmənli 1972-ci ildə Çəmənli kənd orta məktəbini bitirmişdir. Vahid Çəmənli ədəbi yaradıcılıqla çox erkən yaşlarından məşğul olur. Dövri mətbuatda tez-tez şerləri çap olunur. 2011-ci ildə onun «Nə ömürdü, yaşadım» adlı şerlər kitabı çapdan çıxmışdır.«Dəli Çəmənli» kitabı müəllifin ikinci kitabıdı. Evlidir, iki oğlu var. Hal-hazırda Bakı şəhərində yaşayır....
Читать онлайн
Написав первое стихотворение полвека назад, автор не заявляет о 50-летии творческой деятельности – считает этот своеобразный юбилей событием сугубо личным. Однако издание книги избранных стихотворений «Песня вечной дороги» в определённом смысле мотивировано точкой отсчёта творческого пути Татьяны Брыксиной.В этой книге, двадцатой по счету, образ «вечной дороги» является сквозным и определяющим....
Читать онлайн
Мир современной литературы очень разнообразен. На нашей необъятной литературной планете можно найти авторов любых жанров и направлений. Их творчество по-своему оригинально.Авторы XXI века ежедневно ищут себя через свои произведения. А читателям остаётся лишь отправиться в увлекательное путешествие по литературному миру наших авторов....
Читать онлайн
Авторизация избранной китайской поэзии эпохи Тан, которую по праву называют «золотым веком», с геополитическими комментариями по Китаю....
Читать онлайн
Новую книгу стихотворений Татьяны Брыксиной составили стихи, написанные с 2004 по 2009 год, многие из которых знакомы широкому кругу читателей по публикациям в периодических изданиях, центральных и региональных журналах. Главные темы этой книги: дорога, природа, любовь, посвящения дорогим и близким людям, проблемы человека в окружающем мире....
Читать онлайн
«Где бы ты не был» – четвертый сборник стихов. «Ветер играет на флейте», «Стихи и музыка едины», «Ничто не повторится». В сборник вошли стихи о любви, пейзажная лирика, шуточные, стихи, посвященные трудовой деятельности в Большом театре....
Читать онлайн
«Ей предназначено летать» – пятый сборник стихов. «Ветер играет на флейте», «Стихи и музыка едины», «Ничто не повторится», «Где бы ты не был». В сборник вошли стихи о любви, сказки, шуточные и стихи, посвященные трудовой деятельности в Большом театре....
Читать онлайн
Жил да был в рассказах и сказках Артура Арапова весёлый персонаж – дед Егор. И вот вздумалось этому персонажу начать писать самому. Так и написал он целую книгу «Сказы деда Егора». Ох и озорная книжица у него получилась, я вам скажу!...
Читать онлайн
«Наверное, это любовь!» – лирическая перекличка известных и признанных в России поэтов Татьяны Брыксиной и Василия Макеева. Книга являет собой историю чувств женщины и мужчины, счастливую и горькую одновременно. Надеемся, что это оригинальное по форме и искреннее по содержанию издание будет интересно широкому кругу читателей....
Читать онлайн
Недалекое будущее. Место действия Россия, или вернее то, что от нее осталось. Отец, который боится потерять единственного сына на войне с Кавказским эмиратом, вербуется в армию, и попадает под Астрахань на линию фронта, где воюет его сын.Содержит нецензурную брань....
Читать онлайн
Обучающий курс "Как стать успешным частным архитектором" от архитектора Дмитрия Новикова уникален в нашей стране. Он представляет собой пошаговое руководство и набор эффективных инструментов для тех, кто хочет быть успешным частным архитектором. Для создания курса автор использовал весь свой опыт, а также опыт многих успешных и известных архитекторов и дизайнеров.Прежде всего, этот курс написан для архитекторов, поскольку автор этой книги – архитектор и эту сферу он знает лучше всего. Но дизайне...
Читать онлайн
Душеполезные поучения и послания преподобного аввы Дорофея с присовокуплением вопросов его и ответов на оные Варсонофия Великого и Иоанна Пророка «Руководство к духовной жизни».Также в этой книге находятся такие сокровища святоотеческого учения, как:«Лествица», прп. Иоанн Лествичник;«Слова подвижнические», прп. Исаак Сирин;«Духовные беседы», прп. Макарий Египетский;«Устав о скитской жизни», прп. Нил Сорский....
Читать онлайн
На страницах данной книги представлена подробнейшая информация по всем видам ремонтных работ, которые можно сделать самостоятельно, не прибегая к помощи специалистов. Побелка потолка и оклеивание стен обоями, облицовочные и электротехнические работы, установка и ремонт сантехники, окрашивание и лакирование поверхностей, дизайн интерьера – все это, а также много других полезных сведений читатель найдет на страницах этого издания....
Читать онлайн